“Fransaya qarşı yaxşı mübarizə aparacağımıza inanıram” - Ayxan Abbasov
- 20:00
- 39
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov sabah DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Fransa millisinə qarşı matçda futbolçuların yaxşı mübarizə aparacağını inanır.
Rekord.az xəbər verir ki, bunu mütəxəssis oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis heyətdə dəyişikliklər ola biləcəyini vurğulayıb:
“Evdə son oyunumuzu keçirəcəyik. Fransa yığması qrupun lideridir. Səfər matçı bizim üçün ağır oldu. Amma ilk görüşdə komandamız bu rəqibə qarşı 70 dəqiqə yaxşı oynamışdı. Heyətdə dəyişikliklər ola bilər. Futbolçuların yaxşı mübarizə aparacağına inanıram".
Baş məşqçi zədəli futbolçulara görə çətinliklə üzləşdikləri o deyib:
"Sol cinah müdafiəçilərinin zədələnməsi bizi çətin duruma saldı. Amma gənc futbolçularımız Rüfətlə Xəyal öncəki matçlarda verilən şanslardan sonra özlərini yaxşı tərəfdən göstərmişdilər. Dəyişiklik ola bilər. Buna axşam qərar verəcəyik".
Azərbaycan – Fransa qarşılaşması noyabrın 16-da, Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da start götürəcək.