Futbol üzrə UEFA Çempionlar Liqasında yeni antirekord qeydə alınıb.

Rekord.az xəbər verir ki, buna Fransanın “Olimpik” (Marsel) klubu imza atıb.

Liqa 1 təmsilçisi qitənin ən nüfuzlu klub turnirində ardıcıl 13-cü dəfə uduzub. Bu, Çempionlar Liqası tarixinin ən uzun məğlubiyyət seriyasıdır.

Sözügedən antirekord ötən gün baş tutan “Portu” ilə oyunda rəsmiləşib – 0:2. Bununla da Andre Villaş Boaşın yetirmələri 1/8 final şansını itirib.

Qeyd edək ki, Marsel təmsilçisinə qədər antirekord “Anderlext”ə məxsus idi. Belçikalılar ardıcıl 12 dəfə uduzmuşdu. Ötən tur bu antirekordu təkrarlayan fransalılar bu dəfə yeni göstəriciyə imza atıblar.