Azərbaycan Basketbol Liqasında final seriyasının növbəti oyunlarının təqvimi açıqlanıb.


Rekord.az xəbər verir ki, "Sabah" və "Neftçi" komandaları arasında keçiriləcək dördüncü matç mayın 8-də, saat 19:00-da başlayacaq.


Mayın 11-nə təsadüf edəcək beşinci qarşılaşma isə saat 17:00-da start götürəcək.


İndiyə qədər tərəflər arasında 3 görüş baş tutub. Bu oyunlardan ikisində "Sabah", birində isə "Neftçi" qələbə qazanıb. Final seriyasında 4 qələbəyə çatan tərəf Azərbaycan Basketbol Liqasının qalibi olacaq.