
Final seriyasının ikinci matçında da “Sabah” qalib gəldi
- 17:00
- 48
Azərbaycan Basketbol Liqasının final seriyasının ikinci matçında "Sabah" “Neftçi”ni məğlub edib.
Rekord.az məlumatına görə, Bakı İdman Sarayında baş tutan görüş Rimas Kurtinaytisin 86:77 hesablı qələbəsi ilə yekunlaşıb.
Final seriyasının ilk matçında da "Sabah" "Neftçi"ni üstələmişdi - 94:89.
Final seriyasında 4 qələbə əldə edən komanda çempion olacaq. Növbəti iki matçın 6 və 8 mayda təşkili planlaşdırılır.