
Final seriyasında ümumi hesab bərabərləşdi
- 08 May 2025 21:00
- 31
Azərbaycan Basketbol Liqasında "Neftçi" və "Sabah" arasında final seriyasının dördüncü oyunu keçirilib.
Rekord.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan matçda "ağ-qaralar" 84:66 hesablı qələbə qazanıblar.
Bununla da ümumi seriyada hesab bərabərləşib - 2:2. Daha əvvəl tərəflər arasında reallaşan 3 qarşılaşmadan ikisində "Sabah", birində isə "Neftçi" qalib gəlmişdi.
Tərəflər arasında 5-ci oyun mayın 11-nə təsadüf edəcək. Bu matç saat 17:00-da start götürəcək.
Final seriyasında 4 qələbə qazanan komanda Azərbaycan Basketbol Liqasının qalibi olacaq.