FIFA dünya çempionatının 1/16 final mərhələsində Xorvatiya millisinin Portuqaliya ilə oyununda qolunun sayılmamasına münasibət bildirib.


Rekord.az xəbər verir ki, ali futbol qurumu VAR-ın qərarından sonra xorvatların 90+13-cü dəqiqədə qolunun ləğvi ilə bağlı məlumat yayıb.


Bildirilib ki, DÇ-2026-nın rəsmi topu olan "Trionda"ya quraşdırılmış "Connected Ball Technology" sistemi vasitəsilə İqor Matanoviçin ona toxunduğu müəyyən edilib. Məhz bundan sonra top Mario Paşaliçin qarşısına düşüb və oyunçu həmin anda oyundankənar vəziyyətdə olub.


Xatırladaq ki, Portuqaliya rəqibini 2:1 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib. Komanda bu raundda İspaniya ilə üz-üzə gələcək. Mundial iyulun 19-da başa çatacaq.