"Mançester Siti" ilə müqaviləsi başa çatan Fernandinyo "Atletiko Paranaense"yə azad agent kimi keçib. 

Rekord.az xəbər verir ki, bu barədə Braziliya klubunun saytı məlumat yayıb.

37 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb. Braziliyalı oyunçu karyerasını bitirmək arzusunda olduğu doğma klubuna qayıdıb.

Qeyd edəl ki, Fernandinyo "Atletiko Paranaense"nin yetirməsidir.