"Fənərbağça"nın kapitanı Mert Halan Yandaş klubu ilə yeni müqavilə imzalayıb.


Rekord.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


31 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 1 illikdir. Klubun yaydığı açıqlamada qeyd edilib ki, futbolçu "Fənərbağça" sevgisini bir daha nümayiş etdirərək minimum əmək haqqı əsasında 1 illik yeni müqavilə imzalayıb. 


Mert Hakan Yandaş 2020-ci ildən İstanbul klubunda çıxış edir.