Faiq Qarayev: "Əsas məqsədimiz sonadək mübarizə aparmaqdır"
- 16:15
- 30
Ölkəmizin ev sahibliyi edəcəyi qadın voleybolçular arasında Avropa çempionatının kubokunun təqdimatı keçirilib. "Rekord.az" xəbər verir ki, tədbir çərçivəsində mətbuat konfransı da təşkil olunub.
Mətbuat konfransında çıxış edən millimizin baş məşqçisi Faiq Qarayevin komandamızın hazırlığı və yarış haqqında fikirlərini bölüşüb. Bildirib ki, voleybolçularımızdan bir neçəsinin zədəsi olduğunu, bununla belə, hazırlıq prosesini davam etdirdiklərini bildirib.
F.Qarayev Avropa çempionatında uğurlu nəticə qazanmaq istədiklərni qeyd edib: "İnanıram ki, uğurlu çıxışımız Azərbaycan voleybolunda yeni bir dirçəlişin əsasını qoyacaq. Komandamızın heyətində gənc voleybolçular da var. Əsas məqsədimiz sona qədər mübarizə aparmaq və tam səfərbər olmaqdır. Yaxşı nəticə qazanmaq üçün oyunçuların fiziki hazırlığını və əhvali-ruhiyyəsini yüksək səviyyədə saxlamaq vacibdir. Komandada hər kəs bir-birinə hörmətlə yanaşır".