Əvəzedicilərin də cəzası açıqlandı
- 15:40
- 44
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 10-cu turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Şamaxı-2” – “Neftçi-2” oyununda “Şamaxı-2” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Şamaxı-2” komandası 70 manat cərimə edilib.
“Şamaxı-2” – “Neftçi-2” oyununda xərəkdaşıyanlar olmadığına görə “Şamaxı-2” komandası 200 manat cərimə edilib.
“Sabah-2” – “Araz-Naxçıvan-2” oyununda “Sabah-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Sabah-2” komandası 70 manat cərimə edilib.
“Sumqayıt-2” – “Qarabağ-2” oyununun 44-cü dəqiqəsində “Sumqayıt-2” komandasının 47 nömrəli futbolçusu Hüseyn Xıdırov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Sumqayıt-2” komandası 50 manat cərimə edilib.
“Sumqayıt-2” – “Qarabağ-2” oyununun 85-ci dəqiqəsində “Sumqayıt-2” komandasının 35 nömrəli futbolçusu Rəvan Məşiyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Sumqayıt-2” komandası 50 manat cərimə edilib.
“Sumqayıt-2” – “Qarabağ-2” oyununun 85-ci dəqiqəsində “Qarabağ-2” komandasının 75 nömrəli futbolçusu Emil Binyətzadə qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, “Qarabağ-2” komandası 800 manat cərimə edilib.