
Emin Əmrullayev FIBA-nın Konqresində iştirak edir
- 16 May 2025 16:00
- 48
Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev və icraçı vitse-prezident Fərrux Mahmudov Bəhreynin Manama şəhərində keçirilən "FIBA Mid-Term Congress 2025"də iştirak edirlər.
Rekord.az xəbər verir ki, burada 160-dan çox milli federasiya rəsmiləri növbəti inkişaf mərhələlərini müzakirə edirlər.
Konqresdə FIBA-nın rəqəmsal inkişafı, qadın basketboluna dair prioritetlər, süni intellekt əsaslı həllər və yeni proqramlar təqdim olunur.
Basketbolun qlobal inkişafında müzakirə olunan bu trendlər gələcək üçün yeni imkanların qapısını açır.