Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Rusiya və Nigeriya milliləri arasında keçiriləcək yoldaşlıq oyununa təyinat alıb.


Rekord.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.


Ağayevə yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını isə rusiyalı Yevgeni Kukulyak yerinə yetirəcək.


İyunun 6-da “Lujniki” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.