"Səbail"dən ayrılan Əfran İsmayılovun əvvəl karyerasını bitirdiyi, sonradan isə qərarını dəyişərək "davam" qərarl verməsi haqda xəbər yazmışdıq.

Rekord.az xəbər verir ki, futbolçunun "Turan Tovuz"a keçəcəyi haqda söhbətlər də yayılmışdı.

Əldə etdiyimiz məlumata görə, Əfran Tovuz təmsilçisi tərəfindən həqiqətən maraq olub. Lakin futbolçu bölgədə oynamaq istəmədiyi üçün "Turan Tovuz"un təklifini geri çevirib.