“Karvan Yevlax” Voronsovla vidalaşdı
- 16:00
- 30
“Karvan Yevlax” hücumçusu Ruslan Voronsovla yollarını ayırıb.
Rekord.az bu barədə Yevlax klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, “Karvan Yevlax” FK ilə futbolçu Ruslan Voronsov arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Əyalət klubu təcrübəli futbolçuya təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.