Tanınmış futbolçu Duqlas Kostanın yeni klubu bəlli olub.


Rekord.az xəbər verir ki, “Şaxtyor”, "Bayern" və "Yuventus"un sabiq yarımmüdafiəçisi BƏƏ-nin ikinci liqasında çıxış edən "Əl-İttifaq" klubuna keçib.


Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 35 yaşlı futbolçu ilə bağlanan müqavilə ilə bağlı detallar açıqlanmayıb.


Kostanın son klubu İtaliyanın D Liqasında çıxış edən "Kyevo" olub. Brazliya millisinin sabiq üzvü burada yarım mövsüm keçirib.