7 aprel — Dünya Səhiyyə Günü münasibətilə Misli Premyer Liqasının 26-cı turunun “Liv Bona Dea Arena”da baş tutan “Araz Naxçıvan” – “Sabah” oyunundan əvvəl sosial təşəbbüs həyata keçirilib.


Rekord.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində reallaşan tədbir münasibətilə komandaların futbolçuları meydana daun sindromlu uşaqlarla birlikdə çıxıblar. 


Aksiyanın əsas məqsədi inklüziv cəmiyyətin təşviqi, hər bir fərdin cəmiyyət üçün özünəməxsus yerə sahib olması, eyni zamanda futbolun hər kəs üçün əlçatanlığının nümayiş etdirilməsi olub. Beləliklə, futbolun sadəcə oyundan ibarət olmadığı, həm də mühüm sosial dəyərləri aşılamaq üçün güclü bir platforma rolunu oynadığı bir daha diqqətə çatdırılıb.