3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Sumqayıt mərhələsinin iştirakçıları müəyyənləşib.


Rekord.az xəbər verir ki, yarış iyulun 26-27-də keçiriləcək.


Sumqayıt mərhələsində Azərbaycan, Çexiya, Polşa, Ukrayna, Slovakiya, Qazaxıstan, Madaqaskar, Çin, Benin, Fransa, Böyük Britaniya, Latviya milliləri, həmçinin “Karolina” (Puerto Riko), “Pekin” (Çin), “Takasaki” (Yaponiya) və “Rapid” (Rumıniya) klubları mübarizə aparacaq.


Qarşılaşmalar Sumqayıt şəhərinin dənizkənarı bulvarında baş tutacaq.