
Dünya Qadın Seriyasında Səbail mərhələsinin iştirakçıları bəlli oldu
- 16:16
- 45
3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Səbail mərhələsinin iştirakçıları müəyyənləşib.
Rekord.az xəbər verir ki, yarışda 16 komanda iştirak edəcək.
Onlardan 13-ü milli - Azərbaycan, Çexiya, Polşa, Niderland, Niderland (U-25), Qazaxıstan, Filippin, Monqolustan, Misir, Çin, Benin, Çili, Latviya, 3-ü isə klub - “Zaqreb” (Xorvatiya), “Şanxay” (Çin), “Rapid” (Rumıniya) olacaq.
Qeyd edək ki, avqustun 23-24-də keçiriləcək Səbail mərhələsinin oyunları Fəvvarələr meydanında baş tutacaq.