Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Rekord.az xəbər verir ki, müzakirələrdən sonra Birinci Divizionun 10-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Sumqayıt-2” – MOİK oyununda “Sumqayıt”ın futbolçusu Cəlal Cəbrayılov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi klub 160 manat cərimə olunub.

“Qarabağ-2” - “Zaqatala” oyunundan öncə polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunub. “Qarabağ”ın futbolçusu Rəhim Cəfərli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, komandası 20 manat cərimə olunub.

“Qaradağ Lökbatan” – “Sabah-2” oyununda “Sabah”ın futbolçuları stadiondakı dəhlizin qapısının şüşəsini sındırdığı üçün komanda 240 manat cərimə olunub. Vurulmuş zərər “Sabah” tərəfindən qarşılanmalıdır.

“Neftçi-2” – “Səbail-2” oyununda “Neftçi”nin futbolçusu Fərid Yusifli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Kəpəz” – “Zirə-2” oyununda “Kəpəz”in texniki zonada oturan bəzi şəxslər “A” buraxılış vəsiqəsindən istifadə etmədiyi üçün klub 80 manat cərimə olunub.