Martın 5-də Avstriyanın Linz şəhərində cüdo üzrə qran-pri turnirinin püşkatma mərasimi keçirilib.


Rekord.az xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən idmançılarımızın ilk rəqibləri müəyyənləşib.


Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 4 çəki dərəcəsində 7 cüdoçu ilə təmsil olunacaq. Turnirdə 59 ölkədən 479 idmançı mübarizə aparacaq.


Bu gün start götürəcək Daşkənd “Böyük Dəbilqə”sinin təsnifat mərhələsi saat 13:00-dan etibarən "Judo TV"də, final bloku isə saat 20:00-dan "CBC Sport" telekanalında canlı yayımlanacaq. Yarış martın 8-də başa çatacaq.


Kişilər


-60 kq, 1/8 final

Murad Muradlı – Maksim Taran (Almaniya)


-66 kq, 1/16 final

Ruslan Paşayev – Eran Fiks (İsrail) / Yusuf Nurkoviç (Monteneqro) cütünün qalibi ilə 

İslam Rəhimov – Andreas Prokop (Avstriya) / Alessio De Luka (İtaliya) cütünün qalibi ilə


-81 kq, 1/32 final

Vüsal Qələndərzadə – Takahiro Yamaşina (Yaponiya)


-81 kq, 1/16 final

Ömər Rəcəbli – Yohan Silot (ABŞ) / Benedek Tot (Macarıstan) cütünün qalibi ilə


+100 kq, 1/16 final

Camal Qamzatxanov – Uesli Qriniç (Böyük Britaniya) 

Uşanqi Kokauri – Yakub Sordil (Polşa)