Fransanın paytaxtı Parisdə “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri müəyyənləşibb.


Rekord.az xəbər verir ki, Dünya Cüdo Turu seriyasına daxil olan ilin ilk yarışında Azərbaycan 5 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq. Beynəlxalq turnirdə 78 ölkədən 488 cüdoçu iştirak edəcək.


Paris “Böyük Dəbilqə”sinin təsnifat mərhələsinin görüşləri sabah Bakı vaxtı ilə saat 11:00-da, final bloku isə 20:00-da başlayacaq.


Kişilər


-60 kq, 1/16 final


Balabəy Ağayev – Kim Hvasu (Koreya) / Fransisko Qarriqos (İspaniya) cütünün qalibi ilə


-66 kq, 1/16 final


Nazir Talıbov – Migel Qaqo (Portuqaliya) / Erbol Abasbekov (Qırğızıstan) cütünün qalibi ilə


Ruslan Paşayev – Yusuf Nurkoviç (Monteneqro) / Bence Ponqrats (Macarıstan) cütünün qalibi ilə


-81 kq, 1/16 final


Zelim Tçkayev – Vanq Cian-nan (Çin) / Lova Mahaisoa Randrianasolo (Madaqaskar) cütünün qalibi ilə


Vüsal Qələndərzadə – Saşa Jiqli (Fransa) / Mixaylo Svidrak (Ukrayna) cütünün qalibi ilə


-100 kq, 1/16 final


Əjdər Bağırov – Denis Sedrik Nquyassa Bekai (Mərkəzi Afrika Respublikası)


+100 kq, 1/16 final


Uşanqi Kokauri – Marvin Belz (Almaniya)


Kənan Nəsibov – Ştefan Heqi (Avstriya)