Azərbaycanın gənc oğlanlardan ibarət cüdo millisi Şamaxıda təlim-məşq toplanışına başlayıb.


Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.


Hazırlıq prosesinə yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edir.


Təlim-məşq toplanışı gənc cüdoçuların qarşıdakı beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyır.