Cüdo üzrə Liqa yarışının ilk turu keçiriləcək
- 03 Mar 2026 23:41
- 37
Martın 6-da cüdo üzrə kişilər arasında Liqa yarışının I turu keçiriləcək.
Rekord.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə 51 klub və idman cəmiyyətini təmsil edən 301 idmançı 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Bu il kişilər arasında Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Turların yekununa əsasən idmançıların reytinq siyahısı formalaşacaq.