Çimərlik voleybolu üzrə  qadın və kişi komandaları arasında ölkə birinciliyi keçiriləcək. "Rekord.az" xəbər verir ki, turnir 04-08 avqust tarixlərində baş tutacaq.

Yarışın ilkin mərhələsinin Bakı Su İdmanı Sarayında, medal uğrunda həlledici qarşılaşmaların isə Sea Breeze ərazisində təşkil olunması nəzərdə tutulur.

Turnirin qalibi olacaq klub 2026-cı ildə keçiriləcək çimərlik voleybolu üzrə klublararası CEV Avropa çempionatında ölkəmizi təmsil etmək hüququ qazanacaq.