Bolqarıstan çempionatında 28-ci turun oyunları keçirilir.


Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun çıxış etdiyi “Arda” öz meydanında “Montana” ilə qarşılaşıb. 


Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:1.


Hüseynov da bu matçın iştirakçısı olub. Meydana start heyətində çıxan həmyerlimiz 68-ci dəqiqədə əvəzlənib. 


Qeyd edək ki, ardıcıl üçüncü qələbəsini qazanan “Arda” hazırda 41 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.