"Milan"la müqaviləsi başa çatan Hakan Çalhanoğlu "İnter"ə keçəcəyini təsdiqləyib.

Rekord.az xəbər verir ki, bu barədə türk yarımmüdafiəçi "TRT Spor"a müsahibəsində deyib: "İnter"lə anlaşdım. Sabah müqavilə imzalayacağam".

Qeyd edək ki, H.Çalhanoğlu son İtaliya çempionu ilə 3+1 illik müqavilə bağlayacaq.