Noyabrın 28-30-da Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçiriləcək "Böyük Dəbilqə"də iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb.


Rekord.az xəbər verir ki, ölkəmiz bu yarışda kişilərdən ibarət milli komandanın böyük məşqçiləri Elçin İsmayılov və Slavko Tekiçin başçılığı altında 5 çəki dərəcəsində 10 cüdoçu ilə təmsil olunacaq.


Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev, Hidayət Heydərov (hər ikisi 73 kq), Murad Fətiyev, Aslan Kotsoyev (90 kq), Camal Qamzatxanov, Uşanqi Kokauri (hər ikisi +100 kq) tatamiyə çıxacaqlar.


Yarışda Azərbaycan Cüdo Federasiyasının A kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.