Bolqarıstandan bürünc medalla
- 15:40
- 34
Azərbaycanı fiqurlu konkisürmənin buz üstündə rəqs növü üzrə təmsil edən Samanta Ritter və Daniel Brikalov cütlüyü Bolqarıstanda keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar.
Rekord.az Azərbaycan Qış İdman Növləri Federasiyasına istinadən xəbər verir ki, idmançılar Sofiya şəhərində təşkil olunan "Sofia Trophy" yarışında uğurla çıxış ediblər.
Turnirin nəticələrinə əsasən, cütlük 11 iştirakçı arasında 171.75 xal toplayaraq 3-cü yerdə qərarlaşıblar.