Visente Qomeş Bəxtiyar Həsənalızadəni uzun müddətli fasilədən sonra yenidən futbola qaytardı və "Sabah"ın əsas heyətində yer verməyə başladı. Lakin onun gedişindən və Ramin Quliyevin gəlişindən sonra Bəxtiyarın adına heç "18-lik"də də rast gəlmədik.  Bu isə istər-istəməz müəyyən şübhələr və suallar yaratmağa başladı.

Lakin Rekord.az-a daxil olan məlumata görə, Həsənalızadənin bir müddətdir yaşıl meydançalardan uzaq qalması zədə ilə bağlıdır.

Bir müddətdir ki, zədədən əziyyət çəkən 28 yaşlı müdafiəçi artıq sıraya dönüb və bu həftədən etibarən kollektiv məşqlərə qoşulub.