Futbol üzrə dünya çempionatında Belçika ABŞ-ni məğlub edib.


Rekord.az xəbər verir ki, Sietl stadionunda keçirilən 1/8 final mərhələsinin matçında avropalılar 4:1 hesablı qələbə qazanıblar.


Belçikanın heyətində Şarl de Ketelare (9, 33), Hans Vanaken (57) və Romelu Lukaku (90+3) fərqləniblər. Amerikalıların yeganə qolu isə Malik Tillmanın (31) aktivinə yazılıb.


1/4 finala yüksələn Belçikanın bu raunddakı rəqibi İspaniya seçməsi olacaq.