Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Belarusda təşkil olunan təlim-məşq toplanışını başa vurub.  "Rekord.az" xəbər verir ki, komandamız artıq Vətənə qayıdıb.

Avropa Liqasına hazırlıqlarını davam etdirən yığmamız 22-27 may tarixlərində Belarusda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yerli “Minsk” klubu ilə iki yoxlama oyunu keçirib. Komandamız hər iki qarşılaşmada məğlub olub (0:4, 1:3).

Qeyd edək ki, millimiz Avropa Liqasının ilk turunun oyunlarını 6-7 iyun tarixlərində İsveçdə keçirəcək. Komandamızın rəqibləri ev sahibi İsveç və Yunanıstan yığmaları olacaq.