"Qarabağ"ın Konfrans Liqasında yer aldığı H qrupunda 3-cü turun son oyunu keçirilib.

Rekord.az xəbər verir ki, İsveçrə "Bazel"i doğma meydanda Kipr "Omoniya"sını qəbul edib. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Bazel" - "Omoniya" - 3:1
Qollar: 
Millar, 19 (1:0), Qomes, 27-pen (1:1), Kabral, 41-pen (2:1), Zegrova, 88 (3:1)

Bu nəticədən sonra "Bazel" 7 xalla 1-ci, "Qarabağ" eyni xalla 2-cidir. "Kayrat" 1 xalla 3-cü, "Omoniya" isə eyni xalla 4-cüdür.

Xatırladaq ki, Ağdam təmsilçisi 3-cü turda evdə "Kayrat"a 2:1 hesabı ilə qalib gəlib.