"Bavariya"nın idman direktoru Hasan Salihamidziç "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonun Almaniya klubuna mümkün transferinə münasibət bildirib. 

Rekord.az Plettigoal"a istinadən xəbər verir ki,  bu iddiaları təkzib edib: “Kriştiano Ronaldo möhtəşəm karyerası olan ən yaxşı futbolçudur. Ancaq şayiələr doğru deyil".

Qeyd edək ki, "Bavariya"nın futbolçusu Robert Levandovski klubdan ayrılacağı təqdirdə, Münhen təmsilçisinin Ronaldonu transfer edə biləcəyi xəbərləri yayılmışdı.