Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi müəyyənləşib.


Rekord.az Azərbaycan Basketbol Federasiyasının (ABF) mətbuat xidmətinə istinadən xəbər verir ki, ikinci mərhələnin oyunları Bakı İdman Sarayında keçirilib.


Finalda RİOEUGİM 2 komandası 19:13 hesabı ilə "AzStars"a qalib gəlib. Finalın ən dəyərli basketbolçusu (MVP) RİOEUGİM 2-dən Leyla Allahverdiyeva seçilib.


Qalib kollektivə mükafatları ABF-nin əməkdaşı və turnirin təşkilatçısı Nicat Mirzəyev təqdim edib.


Liqanın turnir cədvəlinə əsasən yekunda ilk 6 pilləni tutmuş komandalar final mərhələsinə vəsiqə qazanacaqlar.