“Barselona” Kanselonun transferini açıqladı
- 13 Yan 2026 23:00
- 27
Barselona" klubu portuqaliyalı müdafiəçi Joao Kanselonu heyətinə qatdığını rəsmən elan edib.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Kataloniya təmsilçisi 31 yaşlı futbolçunu cari mövsümün sonuna qədər icarəyə götürüb. Müqavilənin maliyyə detalları açıqlanmır. Kanselo müqavilə ilə Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna məxsusdur.
2024-cü ilin yayından "Əl-Hilal"da çıxış edən Kanselo daha əvvəl də "Barselona"da forma geyinib.
Müdafiəçi cari mövsümdə "Əl-Hilal"ın heyətində bütün turnirlərdə 6 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.