Bakıda peşəkar inkişaf proqramı həyata keçiriləcək
- 24 Sen 2025 17:15
- 302
Bakıda olan cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı həyata keçiriləcək.
Rekord.az xəbər verir ki, sentyabrın 29-da start götürəcək və beş gün davam edəcək proqram çərçivəsində təcrübəli yerli mütəxəssislərin nəzəri və praktiki sessiyaları təşkil olunacaq.
İştirak üçün müraciət edən ilk 30 məşqçi peşəkar inkişaf proqramına qəbul ediləcək.
Bu proqram Beynəlxalq Cüdo Federasiyası Akademiyasında təhsil almaq istəyən məşqçilər üçün önəmlidir. Proqramı uğurla başa vuran məşqçilərə sertifikat təqdim olunacaq.