Bakıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
- 16 Yan 2026 23:00
- 32
Bakıda yanvarın 31-dən fevralın 1-dək Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil ediləcək.
Rekord.az xəbər verir ki, imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır.
Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.
İmtahan cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində baş tutacaqş
Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.