
Bakıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
- 23 Sen 2025 22:13
- 34
Bakıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.
Rekord.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə baş tutacaq sınaqda 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hər kəs iştirak edə bilər.
Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.
Kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir. İmtahan sentyabrın 27-dən 28-dək milli komandaların Təlim-Məşq Mərkəzində baş tutacaq.