
Bakı şəhər birinciliyinə start verilib
- 13 Okt 2025 21:30
- 39
Cüdo üzrə U-17 yeniyetmələr arasında Bakı şəhər birinciliyi start götürüb.
Rekord.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirin ilk günündə 5 çəki dərəcəsi üzrə qalib və mükafatçılar bəlli olub.
Üç gün davam edəcək yarışda 61 klub və idman cəmiyyətindən 587 idmançı (485 oğlan, 102 qız) qüvvəsini sınayacaq.
Yarışın keçirilməsində məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.
Paytaxt birinciliyi həmçinin milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.
İlk günün qalib və mükafatçıları:
Oğlanlar
50 kq
1. Əli Kazımzadə (Kano PİK)
2. Ülvi Cəlilzadə (Neftçi İK)
3. Aqil Nağıyev (RKİM)
4. Hüseynəli Zeynallı (ACF Bakı CTM)
66 kq
1. Nicat Əliyev (Bakı şəhəri 1 nömrəli RİOEUGİM PHŞ)
2. Elcan Bağırov (Bakı şəhəri 10 nömrəli UGİM)
3. Sənan Xamıyev (Şuşa UGİM)
3. Həsən İbadov (Neftçi İK)
Qızlar
40 kq
1. Sunay Salamova (RKİM)
2. Zəhra Quliyeva (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
3. Sofiya Bıkova (Bakı şəhəri 8 nömrəli RİOEUGİM PHŞ)
3. Nigar Hacıyeva (Çevik İK)
52 kq
1. Tövsiyyə Babayeva (Qəbələ - Bakı)
2. Əsma Cabbarlı (Bakı şəhəri 8 nömrəli RİOEUGİM PHŞ)
3. Aynur Süleymanova (Hövsan İK)
3. Xədicə Heydərli (İstək İK)
70 kq
1. Fidan Cəlilli (RKİM)
2. İlahə Əzizzadə (Neftçi İK)
3. Mehriban Teymurova (RKİM)