Azərbaycanlı sabiq hakimə dünya minifutbol federasiyasında yüksək vəzifə verildi
- 11:00
- 92
Azərbaycanın sabiq hakimlərindən olan Əfqan Həmzəyevə Dünya Minifutbol Federasiyasında yüksək vəzifə verilib.
Rekord.az xəbər verir ki, Həmzəyev sözügedən federasiyada Hakimlər Komitəsinin sədr müavini təyin olunub.
O, həmçinin təhsil şöbəsinin də rəhbəridir: "Dünyada nə qədər minifutbol hakimi var, bundan sonra onlara mən dərs deyəcəm. Ötən gün Dubayda seminarım oldu, Asiya qitəsindən 14 ölkədən 37 hakim qatıldı. 3 günlük seminarın sonunda həm qaydalardan, həm psixoloji, həm də fiziki hazırlıqdan imtahan verdilər. İmtahandan keçən hakimlərə öz ölkələrindən hakimlik etmək hüququ verildi. Əgər beynəlxalq oyunlarda da hakimlik etmək istəyirlərsə, elit kateqoriyada müraciət edib imtahandan keçməlidirlər. Yaxınlarda da Asiya Çempionlar Liqası üçün İndoneziyaya gedəcəm, ora da 68 hakim gələcək və onlara da oprda dərsi mən verəcəm. Ümumiyyətlə, hazırda dünya üzrə 716 hakimin rəhbəriyəm və bütün bu hakimlərin tədrisi ilə mən məşğul olacam. Əsas hədəfimiz bu sayı daha da yuxarı qaldırmaqdı. İstəyirik ki, sırf öz hakimlərimizi yetişdirık və böyük futboldan asılı olmayaq".