19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.


Rekord.az xəbər verir ki, yığma Maltanın Ta Qali şəhərində Malta ilə üz-üzə gələcək.


Qarşılaşma Bakı vaxtı ilə 14:00-da start götürəcək.


Qeyd edək ki, U-19 daha əvvəl Çexiyaya 1:6, Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzub.