Azərbaycanın bədii gimnastları Misirin paytaxtı Qahirədəki "Pharaohs Cup" beynəlxalq turnirində iştirak edəcəklər.

Rekord.az xəbər verir ki, gənclərdən ibarət yığma, fərdi gimnastlar Nuray Əhmədzadə və Şəms Ağahüseynova, eləcə də qrup hərəkətləri komandasının üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərova yarışa yollanıblar.

Qeyd edək ki, "Pharaohs Cup" 9-11 iyunda təşkil olunacaq.