Azərbaycanda keçiriləcək qadın voleybolçular arasında Avropa çempionatının kubokunun təqdimat mərasimi baş tutub. "Rekord.az" xəbər verir ki, kubok bu gün GİN-in Voleybol Mərkəzində təşkil olunan mətbuat konfransında təqdim edilib.

Kubokla yanaşı, oyunlarda istifaə olunacaq yeni toplar da rəsmi şəkildə təqdim edilib. Həmçinin yarışın maskotu da geniş ictimaiyyətə təqdim olunub.

Tədbirdə millimizin üzvləri, AVF rəhbərliyi, komandamızın məşqçilər heyəti, media nümayəndələri iştirak ediblər.