5–7 sentyabrda Danimarkanın Kopenhagen şəhərində keçiriləcək 3x3 basketbol üzrə Avropa Kubokunda iştirak edəcək qadınlardan ibarət Azərbaycan millisinin qrup mərhələsindəki rəqibləri müəyyənləşib.


Rekord.az xəbər verir ki, millimiz B qrupunda Fransa və Ukrayna yığmaları ilə qarşılaşacaq.


Qızlarımızın qrupda ilk oyunu 5 sentyabr Bakı vaxtı ilə saat 13:55-də Fransa seçməsinə, ikinci oyunu isə 20:25-də Ukrayna yığmasına qarşı baş tutacaq.