Azərbaycan yığması seçmə mərhələyə məğlubiyyətlə start verdi
- 21:00
- 37
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə start verib.
Rekord.az xəbər verir ki, 13-cü qrupda yer alan komanda Çexiya yığması ilə üz-üzə gəlib.
Maltanın Ta Qali şəhərindəki "Sentenari" stadionunda keçirilən matç rəqibin 6:1 hesablı qələbəsi ilə bitib.
Yığmanın yeganə qolunu 70-ci dəqiqədə Şahismayıl Cəfərov vurub.
U-19 noyabrın 15-də Şimali İrlandiya, üç gün sonra Malta ilə münasibətlərə aydınlıq gətirəcək. Hər iki görüş Maltanın Ta Qali şəhərində keçiriləcək.