Azərbaycan yığması ikinci matçda da məğlub oldu
- 21:00
- 37
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsində ikinci matçını keçirib.
Rekord.az xəbər verir ki, 13-cü qrupda yer alan milli Şimali İrlandiya ilə üz-üzə gəlib.
Görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 1:0.
Elxan Abdullayevin baş məşqçisi olduğu kollektiv seçmə mərhələdə keçirdiyi ilk matçda Çexiya yığmasına böyük hesabla məğlub olmuşdu - 1:6.