Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.


Rekord.az xəbər verir ki, səfərdə Bolqarıstan komandası ilə üz-üzə gələn yığma 40:120 hesabı ilə uduzub.


Görüş Plovdiv şəhərindəki "Kolodrum Arena"da baş tutub.


Azərbaycan millisi daha əvvəl Bolqarıstana (48:141), Monteneqroya (62:104) və Ukraynaya (34:98) uduzub.