Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Avropa kubokunun təsnifat mərhələsində yarımfinal oyununu keçirib.


Rekord.az xəbər verir ki, yığmamız Kosovoda təşkil edilən turnirdə Maltaya 21:11 hesabı ilə qalib gəlib.


Xatırladaq ki, basketbolçularımız təsnifat mərhələsinin qrup oyununda yerli Kosovo millisinə 22:10 hesabı ilə qalib gələrək yarımfinala çıxmışdılar.


Azərbaycan komandası bu qələbə sayəsində təsnifat mərhələsinin finalına vəsiqə qazanıb.


Millimiz həm də Avropa Kubokunun final mərhələsində iştirak etmək hüququ qazanıb. Avropa Kubokunun (2025) final mərhələsi 5-7 sentyabr tarixlərində Danimarkanın paytaxtı Kopenhagen şəhərində baş tutacaq.