
Azərbaycan millisi Tiflisdə toplanışa başlayıb
- 02 İyn 2025 22:00
- 74
18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Gürcüstanın paytaxtı Tiflis şəhərində təlim-məşq toplanışına başlayıb.
Rekord.az xəbər verir ki, yığmanın hazırlıq prosesində yerli komandalarla bir neçə yoxlama görüşü keçirməsi də planlaşdırılır.
Hazırlıq prosesində əsas məqsəd iyulun 25-dən - avqustun 3-dək Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatı B divizionunun oyunlarına hazırlaşmaqdır.
Təlim-məşq toplanışının ilk mərhələsi iyunun -12-də yekunlaşacaq.