Azərbaycanın 3x3 basketbol üzrə millisi Dünya Qadın Seriyasının Bakı mərhələsində 1/4 finala yüksəlib.


Rekord.az xəbər verir ki, yığma qrupdakı ilk oyununda Niderlanda 13:19 hesabı ilə məğlub olub.


İkinci görüşdə komanda Çexiyanın "Praqa" klubuna 16:12 hesabı ilə qalib gələrək, qrup ikincisi kimi adını turnirin 1/4 final mərhələsinə yazdırıb.


Milli bu raundda C qrupunun lideri Latviya yığması ilə qarşılaşacaq.


Oyun mayın 27-də, saat 18:15-də başlayacaq.